Bakı. Rufiz Hafizoğlu - Trend:
İraq məhkəməsi 6 Türkiyə vətəndaşı olan qadına edam hökmü çıxarıb. Trend-in məlumatına görə, edam hökmünə məhkum olunmuş qadınlar İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunurlar.
Xatırladaq ki, martın 1-də daha bir Türkiyə vətəndaşı olan qadın edam hökmünə məhkum olunub.
Başqa detallar açıqlanmır.
Qeyd edək ki, 2017-ci ildə İraqda İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan 38 xarici vətəndaş edam olunub.