...

Afrinin “milli ordu”su yaradıldı

Dünya xəbərləri Materials 3 Aprel 2018 16:24 (UTC +04:00)
Afrinin terrorçulardan azad edilməsindən sonra Azad Suriya Ordusunun tərkibinə daxil olan müxtəlif qruplar “milli ordu”nun tərkibində birləşib
Afrinin “milli ordu”su yaradıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın Afrin rayonunun terrorçulardan azad edilməsindən sonra Azad Suriya Ordusuna daxil olan müxtəlif qruplar “milli ordu”nun tərkibində birləşib.

Trend-in məlumatına görə, hazırda bölgədə təhlükəsizliyi daha əvvəl Türkiyə tərəfindən yaradılmış yerli polis təmin edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti