...

Putin: Rusiya, Türkiyə və İrandan başqa Suriyaya heç kim kömək etmir

Dünya xəbərləri Materials 4 Aprel 2018 18:43 (UTC +04:00)
Rusiya, Türkiyə və İran Suriyada terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq əldə edib
Putin: Rusiya, Türkiyə və İrandan başqa Suriyaya heç kim kömək etmir

Bakı. Trend:

Rusiya, Türkiyə və İran Suriyada terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada Suriya üzrə sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

V.Putin bildirib ki, tərəflər terrorçuluğa qarşı mübarizədə məlumat mübadiləsini və terrorçuluqla mübarizənin bütün aspektlərində üçtərəfli koordinasiyanı təşkil edəcək.

Rusiya prezidenti vurğulayıb ki, Suriyaya bu üç ölkədən başqa heç kim kömək etmir.

V.Putin əlavə edib ki, Rusiya terrorçuların Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat cəhdləri barədə təkzibolunmaz dəlillər əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti