Bakı. Trend:
Kanadanın Ontario əyalətində 100 mindən artıq insan işıqsz qalıb.
Trend-in məlumatına görə, yağış və qarla müşaiyət edilən güclü külək enerji təsərrüfatını iflic edib.
Məlumata əsasən, əlverişsiz hava şəraitindən əsasən bölgənin cənub hissəsi, o cümlədən Toronto və Ottava şəhərləri zərər çəkib.
Hal-hazırda qəza xidmətləri elektrik enerji təchizatını bərpa etməyə çalışır.