...

Qərar verildi - Braziliyanın eks-prezidenti həbsxanaya yerləşdiriləcək

Dünya xəbərləri Materials 5 Aprel 2018 09:43 (UTC +04:00)
Braziliyanın ali məhkəmə instansiyası olan Federal Ali Məhkəmə eks-prezident Luis İnasiu Lulu da Silvanın həbsxanaya yerləşdirilməsi barədə qərar çıxarıb.
Qərar verildi - Braziliyanın eks-prezidenti həbsxanaya yerləşdiriləcək

Bakı. Trend:

Braziliyanın ali məhkəmə instansiyası olan Federal Ali Məhkəmə eks-prezident Luis İnasiu Lulu da Silvanın həbsxanaya yerləşdirilməsi barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, qərar ölkənin eks-prezidentinin korrupsiyada ittiham olunması ilə əlaqədardır.

Məhkəmə iclası ədliyyə orqanının "YouTube" kanalı ilə birbaşa yayımlanıb.

Verdiktə əsasən, Lula da Silva yaxın vaxt ərzində artıq həbsxanaya yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti