...

"Rusiya gözəli"nin yeni tacının qiyməti açıqlandı - 1 milyon dollar

Dünya xəbərləri Materials 5 Aprel 2018 16:51 (UTC +04:00)
"Rusiya gözəli-2018" qalibinə təqdim olunacaq yeni dizayn olunmuş tacın qiyməti açıqlanıb.
"Rusiya gözəli"nin yeni tacının qiyməti açıqlandı - 1 milyon dollar

Bakı. Trend:

"Rusiya gözəli-2018" qalibinə təqdim olunacaq yeni dizayn olunmuş tacın qiyməti açıqlanıb.

Trend-in məlumatına görə, tacın 1 milyon dollar dəyərində olduğu bildirilib.

Tacın yeni dizaynı və qiyməti barədə məlumat verən məsul şəxs Larisa Tixonova deyib ki, tacın bəzədilməsi üçün Rusiya bayrağının rənglərində qiymətli daşlardan istifadə olunub.

Onun sözlərinə görə, tacda qızıl, sapfir, brilyant və mirvaridən istifadə olunub.

L.Tixonova tacın çox qiymətli olmasını belə əsaslandırıb: ""Mercury" zərgərləri bu işə ürəklərini sərf edib. Qiyməti 1 milyon dollardan aşağı ola bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti