...

Braziliyada etirazlar zamanı 9 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 8 Aprel 2018 10:09 (UTC +04:00)
Braziliyanın Kurutiba şəhərində polis binası qarşısında baş vermiş toqquşmalar zamanı ən azı 9 nəfər yaralanıb
Braziliyada etirazlar zamanı 9 nəfər xəsarət alıb

Bakı. Trend:

Braziliyanın Kurutiba şəhərində polis binası qarşısında baş vermiş toqquşmalar zamanı ən azı 9 nəfər yaralanıb.

Trend-in məlumatına görə, ixtışaşlara səbəb binaya ölkənin sabiq prezidenti Luis İnasio da Silvanın həbs cəzasını çəkmək məqsədi ilə gətirilməsi olub.

Məlumata əsasən, xəsarət alanlar arasında bir uşaq olub.

Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Xatırladaq ki, Braziliyanın Federal Məhkəməsinin hakimi Serjiu Moro sabiq ölkə prezidenti Luis İnasiu Lula da Silvanın həbsinə order verib.

Orderdə deyilir ki, sabiq prezident aprelin 6-sı yerli vaxtla saat 17:00-a qədər təslim olmalıdır.

Keçmiş prezidenti aprelin 7-də hüquq mühafizə orqanlarına təslim olub.

Qeyd edək ki, yanvar ayında sabiq prezident barəsində korrupsiya işinə görə 12 il 1 ay azadlıqdan məhrum edilmə cəzası verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti