Bakı. Trend:
Türkiyənin Siirt əyalətində 8 yol təhlükəsizliyi mühafizəsi əməkdaşını ildırım vurub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mühafizəçilər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Digər 7 nəfərin vəziyyətinin stabil olduğu bildirilir.