Bakı. Trend:
Qırğızıstan prezidenti Sooronbay Jeenbəyov imzaladığı sərəncamla ölkənin baş nazirinin birinci müavini Əsgərbəy Şadıyevin istefasını qəbul edib. Trend-in məlumatına görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.
Qeyd edək ki, mart ayında o, dövlət vəsaitlərinin yeyilməsi faktı əsasında qaldırılan istintaq işi üzrə ifadə vermişdi. İfadə verdikdən sonra Ə.Şadıyev ürəyində problemlər yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.