...

Liviya ordusunun rəhbərinin qərargah rəisinə sui-qəsd cəhdi olub

Dünya xəbərləri Materials 19 Aprel 2018 00:14 (UTC +04:00)
Benqazidə Liviya milli ordusunun rəhbəri Xəlifə Xəftarın qərargah rəisi Abdelrazak əl-Nadxariyə sui-qəsd cəhdi olub
Liviya ordusunun rəhbərinin qərargah rəisinə sui-qəsd cəhdi olub

Bakı. Trend:

Benqazidə Liviya milli ordusunun rəhbəri Xəlifə Xəftarın qərargah rəisi Abdelrazak əl-Nadxariyə sui-qəsd cəhdi olub.

Trend-in məlumatına görə, qərargah rəisinin avtomobilinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb, qərargah rəisi xəsarət almayıb.

Abdelrazak əl-Nadxari baş verən hücumda Benqazidə fəaliyyət göstərən terror qruplaşmalarını günahlandırıb.

Xəbər lenti

Xəbər lenti