Bakı. Trend:
Svazilend kralı III Msvati ölkəsinin adının dəyişdirilməsi barədə qərar verib.
Trend-in məlumatına görə, bu qərar ölkənin Böyük Britaniya müstəmləkəsindən azad olmasının 50 illiyi ilə bağlı verilib.
Kral deyib ki, ölkəsi öz əvvəlki adına qayıdıb.
Hazırda Cənubi Afrikanın bu cırtdan dövlətinin adı Esvatini Krallığıdır.