...

Dağıstanda 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib

Dünya xəbərləri Materials 22 Aprel 2018 02:20 (UTC +04:00)
Dağıstanın Dərbənd şəhərində 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib
Dağıstanda 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib

Bakı. Trend:

Dağıstanın Dərbənd şəhərində 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı zərərsizləşdirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, axtarış əməliyyatları zamanı şəhərin ayrı-ayrı hissələrində 2 qrup silahlı aşkar edilib. Silahlılar təslim olmaqdan imtina edərək, polislərə silahlı müqavimət göstərib. Atışma zamanı silahlılar məhv edilib.

Məlumata əsasən, mülki əhali və polislər arasında ölən olmayıb, bir xüsusi təyinatlı yaralanıb.

Xəbər lenti

Xəbər lenti