Bakı. Trend:
Türkiyənin şərqində 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.