...

Şimali və Cənubi Koreya bütün sahələrdə əməkdaşlıq üzrə danışıqlara başlayacaqlar

Dünya xəbərləri Materials 27 Aprel 2018 15:53 (UTC +04:00)
Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası yaxın vaxtlarda bütün sahələrdə əməkdaşlıq üzrə danışıqlara başlayacaqlar.
Şimali və Cənubi Koreya bütün sahələrdə əməkdaşlıq üzrə danışıqlara başlayacaqlar

Bakı. Trend:

Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası yaxın vaxtlarda bütün sahələrdə əməkdaşlıq üzrə danışıqlara başlayacaqlar.

Trend-in məlumatpına görə, bu barədə Şimali və Cənubi Koreya liderlərinin sammitinin yekunu üzrə birgə bəyannamədə deyilir.

Qeyd edilir ki, Cənub və Şimal qısa müddətdə hər bir sahədə, o cümlədən yüksək səviyyədə danışıqlar aparmağa və sammitdə əldə olunan razılaşmalar üzrə məsələlərin həlli üçün fəal tədbirlər görməyə qərar veriblər.

Xatırladaq ki, aprelin 27-də Kim Çen In Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya lideri olub. O, Mun Çje İnlə görüşündə iki Koreya dövləti arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti