...

Boliviyanın sabiq prezidenti Luis Qarsiya Mesa vəfat edib

Dünya xəbərləri Materials 29 Aprel 2018 20:01 (UTC +04:00)
1980-ci ildə hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olan general Luis Qarsiya Mesa Texada vəfat edib
Boliviyanın sabiq prezidenti Luis Qarsiya Mesa vəfat edib

Bakı. Trend:

1980-ci ildə hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olan general Luis Qarsiya Mesa Texada vəfat edib.

Trend-in məlumatına görə, Luis Qarsiya Mesa aprelin 29-u 88 yaşında Kossmul-de-la-Pas xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Luis Qarsiya Mesa Texada 1980-ci ilin iyul ayında hərbi çevriliş nəticəsində Boliviyanın prezidenti olub. O, 1981-ci ilin avqustunda devrilib. 1995-ci ildə Boliviyanın Ali Məhkəməsi ona çoxsaylı insan hüquqlarının pozulması və hakimiyyətə qarşı çıxanların öldürülməsində təqsirli bilərək 30 il azadlıqdan məhrumetmə cəzası verib.

Xəbər lenti

Xəbər lenti