...

Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk görəcəyi işi açıqladı

Dünya xəbərləri Materials 30 Aprel 2018 12:59 (UTC +04:00)
Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk görəcəyi işi açıqladı.
Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk görəcəyi işi açıqladı

Bakı. Trend:

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk siyasi addımının nədən ibarət olacağını açıqlayıb.

Trend-in məlumatına görə, N.Paşinyan baş nazir seçilərsə, ilk növbədə, ədalətli və şəffaf şəkildə parlament seçkiləri keçirəcəyini bəyan edib

O qeyd edib: "Etməli olduğumuz ilk iş qısa müddətdə ədalətli və şəffaf seçki keçirməkdir".

Müxalif lider əlavə edib ki, o, baş nazir olacağı təqdirdə, Ermənistanda "korrupsiyanın kökü kəsiləcək, qanunun aliliyi işləyəcək":

"İndi yeni hakimiyyətin tərkibi haqqında danışmaq tezdir. Mən sadəcə baş nazir vəzifəsinə namizədəm. Digər məsələlər barədə mən bu posta seçiləndən sonra danışarıq".

Qeyd edək ki, aprelin 13-də Ermənistanda N.Paşinyanın rəhbərliyi ilə etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti