Bakı. Trend.
Böyük Britaniyanın yeni daxili işlər nazirinin adı məlum olub.
Trend-in məlumatına görə, Sacid Cavid Birləşmiş Krallığın daxili işlər naziri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın daxili işlər naziri Ember Radd vəzifəsindən istefa verib. Onun istefasına səbəb miqrant problemi ilə əlaqədar nazirlik ətrafında yaranan qalmaqal olub.
E.Radd 2016-cı il iyulun 13-dən bu vəzifədə çalışırdı. O, Baş nazir Tereza Meyin yaxın tərəfdarlarından sayılır.