Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda atışma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları bir nəfəri ölü, digərini isə yaralı aşkar ediblər. Yaralı şəxs hazırda xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.
Skotland-Yard baş vermiş hadisəni qətl kimi qiymətləndirib. Hazırda araşdırma aparılır.