Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP), "İYİ Parti", Səadət Partiyası və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar.
Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazır.
Müxalif partiyaların Türkiyə Prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir.
Vahid namizədin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.