...

Türkiyənin hakim partiyası Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürdü

Dünya xəbərləri Materials 3 May 2018 13:09 (UTC +04:00)
Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası iyunun 24-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb.
Türkiyənin hakim partiyası Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürdü

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası iyunun 24-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb. Trend-in məlumatına görə, bu barədə hakim partiyanın bu gün yaydığı bəyanatda qeyd olunur.

Məlumatda o da qeyd olunur ki, hazırkı prezident R.T.Ərdoğan, eləcə də müxalifətin - Milli Hərəkat Partiyasının namizədidir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti