...

Fransada pişiyi pəncərədən atan kişi 5 ay həbs cəzası alıb

Dünya xəbərləri Materials 4 May 2018 05:21 (UTC +04:00)
Fransa məhkəməsi pişiyi öz mənzilinin pəncərəsindən atan kişiyə 5 ay həbs cəzası verib
Fransada pişiyi pəncərədən atan kişi 5 ay həbs cəzası alıb

Bakı. Trend:

Fransa məhkəməsi pişiyi öz mənzilinin pəncərəsindən atan kişiyə 5 ay həbs cəzası verib.

Trend-in məlumatına görə, insident Rube kommunasında baş verib və iş ilkin istintaq aparılmadan məhkəməyə verilib.

Dinləmələr zamanı 39 yaşlı müttəhim pişiyi pəncərədən atmasına "əsəbləriinin dözməməyinin" səbəb olduğunu bildirib.

Prokuror müttəhimə 6 ay həbs cəzası tələb etsə də, məhkəmə 5 ay həbs cəzası verib.

Xəbər lenti

Xəbər lenti