İran İraqla sərhədində qoşunları gücləndirəcək

Dünya xəbərləri Xəbər 8 May 2018 17:29 (UTC +04:00)

Bakı. Trend:

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri İranın İraqla sərhədində yerləşən Xuzistan əyalətində qoşunları gücləndirmək barədə qərar verib.

Trend-in məlumatına görə, hazırda M.Bakeri Xuzistan əyalətində səfərdədir.

Qeyd olunur ki, bu addım İran-İraq sərhədində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə atılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti