...

Hindistanda dəmiryolçular aclıq elan etdi

Dünya xəbərləri Materials 8 May 2018 16:52 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Dəmiryol işçiləri Həmkarlar İttifaqları Federasiyası 72 saatlıq aclıq aksiyası elan edib.

Trend-in məlumatına görə, bu qərar işçilərin minimal əmək haqlarının artırılması tələbi ilə bağlıdır.

Qeyd olunur ki, həmkarlar ittifaqları hökumət ilə iki ilə yaxın danışıqlar aparsa da, bu proses heç bir nəticə verməyib.

Dəmiryolçular bu aksiyanın hökumətin diqqətini cəlb edəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti