...

Tramp İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib

Dünya xəbərləri Materials 11 May 2018 05:42 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Hərəkət Planından çıxdıqdan sonra İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib
Tramp İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Hərəkət Planından çıxdıqdan sonra İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib.

Trend-in məlumatına görə, Tramp qeyd edib ki, sövdələşmə İranın nüvə silahı əldə etməsi imkanının qarşısını ala bilməyib və bunun nəticəsi olaraq "Yaxın Şərqin pulu olan" digər ölkələri nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar: "Bu, fəlakətə səbəb olardı".

ABŞ prezidenti qeyd edib ki, ABŞ "İrana qarşı ən sərt sanksiyaları" tətbiq edir: "Mən ümid edirəm ki, onlarla yaxşı, ədalətli sövdələşmə əldə edə biləcəm. Onlar üçün ən yaxşısını. Amma biz onlara nüvə silahına malik olmaq imkanı verə bilmərik".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti