...

Ermənistanda yenidən seçkilər keçiriləcək

Dünya xəbərləri Materials 15 May 2018 09:01 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda növbədənkənar parlament seçkiləri avqustun sonu - sentyabrın əvvəlində keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə yeni seçilmiş Baş nazir Nikol Paşinyanın "Vətəndaş razılığı" partiyası xəbər yayıb.

Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.

N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində Baş nazir seçilib.

Ötən gün N.Paşinyan Socidə keçirilən sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti