Bakı. Trend:
Yunanıstanda 4,9 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 01:30-da qeydə alınan yeraltı təkanların episentri paytaxt Afinadan 166 km cənubda yerləşib. zəlzələ ocağının dərinliyi 5 km olub.