...

Əfqanıstan hərbçiləri "Taliban"ın hücumunun qarşısını alıblar

Dünya xəbərləri Materials 17 May 2018 22:29 (UTC +04:00)
Əfqanıstan hərbçiləri "Taliban" radikal qruplaşmasının üzvlərinin hücumunun qarşısını alıblar
Əfqanıstan hərbçiləri "Taliban"ın hücumunun qarşısını alıblar

Bakı. Trend:

Əfqanıstan hərbçiləri "Taliban" radikal qruplaşmasının üzvlərinin hücumunun qarşısını alıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib.

Onun sözlərinə görə, terrorçular Əfqanıstanın Fərəh şəhərinə hücum ediblər. Əfqanıstan hərbçilərinə hücumun qarşısını almaqda ABŞ hava qüvvələri və müşavirlər yardım edib.

D.Uayt şəhərin Əfqanıstan qüvvələrinin nəzarəti altında olduğunu təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti