...

Seçkilərdən sonra Türkiyə NATO-dan çıxır?

Dünya xəbərləri Materials 21 May 2018 12:13 (UTC +04:00)
Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.
Seçkilərdən sonra Türkiyə NATO-dan çıxır?

Bakı. Trend:

Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.

Trend-in məlumatına görə, D.Perinçek Türkiyə ilə bu qurum arasında münasibətlərin yaxşı olmadığını deyib:

“Türkiyə NATO-nun üzvü olsa da, NATO ölkəmizi düşmən olaraq görür. Bir müddət əvvəl alyansın keçirdiyi təlimlərdə Atatürk və Türkiyənin indiki prezidenti hədəf kimi göstərilmişdi. Biz hakimiyyətə gələndə Türkiyə NATO-dan çıxacaq, ABŞ təyyarələri İncirlik bazasını tərk edəcək və Türkiyədə Amerika hərbi mövcudluğu qalmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti