...

Hondurasda təyyayə eniş edərkən zolağdan çıxaraq qəzaya uğrayıb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 23 May 2018 04:18 (UTC +04:00)
Hondurasda "Gulfstream G200" sərnişin təyyarəsi eniş edərkən zolağdan çıxıb və qəzaya uğrayıb
Hondurasda təyyayə eniş edərkən zolağdan çıxaraq qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. Trend:

Hondurasda "Gulfstream G200" sərnişin təyyarəsi eniş edərkən zolağdan çıxıb və qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin Tonkontin hava limanında qəzaya uğraması nəticəsində 6 ABŞ vətəndaşı xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Təyyarəyə ciddi ziyan dəyib.

İnsidentdən sonra Tequsiqalpe şəhərindən yerləşən hava limanı bağlanıb. Hazırda gələn reyslər San-Pedro-Sula hava limanına yönəldilir, uçuşlar isə dayandırılıb.

Ekspertlər təyyarənin qara qutusunu aşkar edib. Qəzanın pilotun səhvi üzündən baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti