...

Makron və Səudiyyə Ərəbistanının vəliəhdi arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 23 May 2018 08:39 (UTC +04:00)
Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Al Səud arasında telefon danışığı olub
Makron və Səudiyyə Ərəbistanının vəliəhdi arasında telefon danışığı olub

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Al Səud arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər Yaxın Şərqi, Yəmən üzrə konfransı və Səudiyyə Ərəbistanında keçirilən islahatları müzakirə ediblər.

Emmanuel Makron Fransanın İranın nüvə dosyesi, Yəmən və Suriya üzrə mövqeyi və öhdəliklərini təsdiq edib və regionda stabilliyi pozan bu böhranlar üçün danışıqlar zamanı razılaşdırılmış sülh yolu ilə həllin vacibliyini vurğulayıb.

Bundan əlavə telefon danışığı zamanı Parisdə Yəmən üzrə keçiriləcək humanitar konfrans iyunun axrına təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti