Bakı. Trend:
"Facebook" sosial şəbəkəsi ehtimal olunan "Rusiya müdaxiləsi"nə görə informasiyaların qorunması tədbirlərini gücləndirib.
Trend-in məlumatına görə, bunu "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq deyib.
O bildirib ki, bu, 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra baş verib.
M.Tsukerberq deyib: "Seçkilər dövründə, xüsusən Fransa və Almaniyada, ABŞ-da keçirilən 2016-cı il seçkilərindən sonra Rusiya tərəfdən gələ biləcək müdaxilələri nəzərə alaraq təhlükəsizliyi gücləndirmişik".