Bakı. Rufiz Hafizoğlu - Trend:
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) reallaşdırmağa hazırlaşdığı 140 meqalayihədən biri İstanbulda tikilən üçüncü hava limanının yaxınlığında yeni şəhərciyin salınmasıdır.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O bildirib ki, partiyanın planlarına 10 min evlik şəhərciyin inşası da daxildir:
"Həmçinin İstanbulda gəmiçilik kanalı boyunca yeni şəhərciyin salınması nəzərdə tutulur".