Bakı. Trend:
Hindistanın bir neçə ştatında güclü küləklə müşayiət olunan leysan yağışları çoxsaylı insan tələfatı və dağıntılara yol açıb.
Trend-in məlumatına görə, qasırğa ən çox ölkənin şərqindəki Carkxand ştatını cənginə alıb. Təkcə 12 nəfər bu ştatda qasırğanın qurbanı olub.
Ümumilikdə isə hazırda ölənlərin sayının 40-a çatdığı bildirilir, daha 28 nəfər isə yaralanıb.
Uttar-Pradeş, Bixar və ətraf ştatlarda güclü külək ağacları və işıq dirəklərini aşırıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.
Sinoptiklər yaxın günlər ərzində havanın hələ də qeyri-əlverişli olcağını proqnozlaşdırıblar. Bu səbəbdən sakinlərə lazım olmadığı halda evlərini tərk etməmələri tövsiyə olunub.