Bakı. Trend:
Bir qrup silahlı şəxs Nigeriyanın Zamfara ştatında kəndin sakinlərinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə ştatın polisinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Məhəmməd Şexu bildirib.
Onun sözlərinə görə, silahlılar ilk öncə Zakuna kəndinə hücum edərək inəkləri oğurlayıblar. Bir qrup yerli sakin hücum edənlərə qarşı müqavimət göstərib və onlar qaçıb. Lakin daha sonra yenidən hücum edərək 15 nəfəri qətlə yetiriblər.
Hazırda kənddə gücləndirilmiş mühafizə yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.