...

Çavuşoğlu: İlk F-35 təyyarəsi Türkiyəyə iyunun 21-i veriləcək

Dünya xəbərləri Materials 5 İyun 2018 00:17 (UTC +04:00)
Ankara və Vaşinqton arasında 5-ci nəsil F-35 qırıcı təyyarələrinin alınması barədə saziş qüvvədə qalır
Çavuşoğlu: İlk F-35 təyyarəsi Türkiyəyə iyunun 21-i veriləcək

Bakı. Trend:

Ankara və Vaşinqton arasında 5-ci nəsil F-35 qırıcı təyyarələrinin alınması barədə saziş qüvvədə qalır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövled Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ilk F-35 təyyarəsi Türkiyəyə iyun ayının 21-i veriləcək: "Biz Amerika tərəfinə bildirdik ki, ABŞ konqresinin istifadə etdiyi hədə-qorxu dilini qəbul etmirik, bu, qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi əvvəl planlaşdırıldığı kimi bizə iyunun 21-i veriləcək. Bu mövzuda heç bir dəyişiklik yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti