...

Dünyanın ən böyük süni mərcan rifi yaradılacaq

Dünya xəbərləri Materials 8 İyun 2018 13:55 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra əmirliyinin sahillərində dünyanın ən böyük süni mərcan rifi yaradılacaq
Dünyanın ən böyük süni mərcan rifi yaradılacaq

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra əmirliyinin sahillərində dünyanın ən böyük süni mərcan rifi yaradılacaq.

Trend-in məlumatına görə, bu layihə BƏƏ-nin Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Süni yolla yaradılan rif layihəsi dəniz flora və faunasının qorunması, balıq populyasiyasının artırılması, eləcə də turizmin inkişafı məqsədi daşıyır.

Hələlik mərcan rifinin dəqiq yeri məlum olmasa da, onun sahildən təxminən 2 kilometr aralıda yerləşəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti