Bakı. Trend:
Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz mövqe tutmaqda ittiham edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Aİ növbəti dəfə Türkiyəyə qarşı ədalətsiz və qeyri-səmimi münasibət sərgiləyib:
“Türkiyənin Aİ-dən uzaqlaşması barədə bəyanat riyakarlıqdır və həqiqətə uyğun deyil”.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı bəyanat yayaraq rəsmi Ankaranın getdikcə Aİ-dən uzaqlaşdığını və tərəflər arasında danışıqların dalana dirəndiyini bildirmişdi.