...

"Twitter" may ayından 70 milyondan artıq şübhəli hesabı blok edib

Dünya xəbərləri Materials 7 İyul 2018 06:13 (UTC +04:00)
"Twitter" sosial şəbəkəsi may ayından 70 milyondan artıq saxta və şübhəli hesabı blok edib
"Twitter" may ayından 70 milyondan artıq şübhəli hesabı blok edib

Bakı. Trend:

"Twitter" sosial şəbəkəsi may ayından 70 milyondan artıq saxta və şübhəli hesabı blok edib.

Trend-in "The Washington Post"a istinadən verdiyi məlumata görə, sosial şəbəkə hər gün ərzində təqribən bir milyon hesab blok edib.

2017-ci ilin oktyabr ayından sosial şəbəkə saxta hesablarla mübarizədə fəallığı iki dəfə artırıb. "Twitter" qəzetin təqdim etdiyi hesabatdakı rəqəmləri təsdiq edib.

"The Washington Post" qeyd edir ki, sosial şəbəkə may ayında platformanın istifadəçilərin mənfi davranışlarını müəyyən etmək üçün istifadə etdiyi alqoritmlərdə böyük dəyişikliklər edildiyini bildirib. Sosial şəbəkə gələn həftə əlavə tədbirlər haqqında elan etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti