...

Meksikanın dövlət başçısı prezident təyyarəsini satmaq niyyətindədir

Dünya xəbərləri Materials 12 İyul 2018 07:45 (UTC +04:00)

Bakı. Trend:

Meksika prezidenti Andres Manuel Lopes Obrador dekabr ayının 1-də vəzifəsinə başlamasından sonra ABŞ-la 8 hərbi helikopterin alınması barədə müqaviləni ləğv edəcək.

Trend-in məlumatına görə, ölkə prezidenti bildirib ki, 25 milyard peso (1,2 milyard dollar) dəyərində müqavilə ölkənin belə xərclər etməsi imkanı olmadığından ləğv ediləcək.

Bundan əlavə, dövlət başçısı qeyd edib ki, onun komandası prezident təyyarəsini satmaq üçün "Boeing" korporasiyasına çıxış axtarır. Söhbət 2016-cı ildə ölkə başçısı üçün 219 milyon dollara alınan "Boeing 787-8 Dreamliner" təyyarəsindən gedir.

Qeyd edək ki, daha əvvəl Meksikanın yeni prezidenti bildirimişdi ki, o yalnız adi reys təyyarələri ilə uçmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti