...

Gürcüstanda matəm elan olundu

Dünya xəbərləri Materials 16 İyul 2018 14:38 (UTC +04:00)
Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün respublikada matəm günü elan edib.
Gürcüstanda matəm elan olundu

Bakı. Trend:

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün respublikada matəm günü elan edib.

Trend-in məlumatına görə, matəm bu gün səhər saatlarında Gürcüstanın qərbində mədəndə mədənçilərin ölümü ilə nəticələnən qəza ilə əlaqədar elan olunub.

Xatırladaq ki, Gürcüstanın qərbində Tkibulu şəhərində mədəndə qəza baş verib. Mindeli adına mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti