Bakı. Trend:
İtaliya polisi ötən ilin aprelində Rubens və Renuarın oğurlanmış əsərlərini aşkar edib. Trend-in məlumatına görə, bu ilin iyununda keçirilmiş əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən 5 nəfərin həbsi ilə polis fırıldaqçı-oğruların izinə düşüb və əsərləri tapıb.
Qeyd edək ki, itmiş əsərlər Rubensin "Müqəddəs ailə və Anna", Renuarın isə "Küncdəki qızlar" əsərləri olub.
Bildirilir ki, rəsmlərin satışa çıxarılması planlaşdırılırmış. Saxlanılanlar arasında xarici vətəndaşın da olduğu bildirlir.