...

Kuba parlamenti yeni konstitusiyasının layihəsini təsdiqləyib

Dünya xəbərləri Materials 22 İyul 2018 23:34 (UTC +04:00)
Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (birpalatalı parlament) bazar günü ölkənin yeni konstitusiyasının layihəsini təsdiq edib.
Kuba parlamenti yeni konstitusiyasının layihəsini təsdiqləyib

Bakı. Trend:

Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (birpalatalı parlament) bazar günü ölkənin yeni konstitusiyasının layihəsini təsdiq edib.

Trend-in "Prensa Latina"ya istinadən verdiyi məlumata əsasən, sənəd yekdilliklə qəbul olunub.

Konstitusiya layihəsi ictimai müzakirəyə, daha sonra isə referenduma çıxarılacaq. Ümumxalq səsverməsinin keçirilmə tarixi hələlik açıqlanmır. Gözlənilir ki, o, ilin sonuna qədər baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti