Bakı. Trend:
Xabarovskda elektrik enerjisi xətlərindəki nasazlıq səbəbindən 100 minə yaxın adam işıqsız qalıb. Trend-in məlumatına görə, bu barədə Xabarovsk Elektrik Şəbəkəsinin nümayəndəsi bildirib.
Şəbəkədə problemlərin isə vilayətdə hökm sürən siklonla əlaqədar olduğu bildirilir. Belə ki, artıq iki gündür ki, burada güclü küləklə müşayiət olunan aramsız yağışlar davam edir.
Yaxın saatlarda əhalinin elektrik enerjisi ilə təchizatının nizama salınacağı bildirilir.