...

Suriya ordusu İŞİD-in 75 terrorçusunu məhv etdi

Dünya xəbərləri Materials 26 İyul 2018 03:57 (UTC +04:00)
Suriya ordusu və yerli silahlı könüllü dəstələr İŞİD-in Əs-Suveydə əyalətinin şərqinə və şimal-şərqinə hücumunu dəf edərək terror qruplaşmasının 75 silahlısını zərərsizləşdirib
Suriya ordusu İŞİD-in 75 terrorçusunu məhv etdi

Bakı. Trend:

Suriya ordusu və yerli silahlı könüllü dəstələr İŞİD-in Əs-Suveydə əyalətinin şərqinə və şimal-şərqinə hücumunu dəf edərək terror qruplaşmasının 75 silahlısını zərərsizləşdirib.

Trend-in məlumatına görə, vilayətin qubernatoru Amer Əl-Aşşi bildirib.

"Suriya ordusu hərbi əməliyyat meydanına daxil olaraq hücum edənlərə qarşı döyüşə girib və 75 terrorçunu zərərsizləşdirib", – qubernator bildirib.

Qeyd edək ki, 25 iyul tarixində bir neçə terrorçu-intiharçı Əs-Suveydə əyalətində terror aktları həyata keçirib. Onlardan biri meyvə bazarında partlayıcı qurğunu işə salıb, digəri isə özünü partladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti