...

Kaliforniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub

Dünya xəbərləri Materials 27 İyul 2018 13:45 (UTC +04:00)
Kaliforniyanın bəzi rayonlarında fövqəladə vəziyyət elan olunub.
Kaliforniyada meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub

Bakı. Trend:

Kaliforniyanın bəzi rayonlarında fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, belə bir qərar bir müddətdir tüğyan edən və artıq 1 nəfərin həyatına son qoymuş meşə yanğınları ilə əlaqədar qəbul edilib.

Hazırda yanğının qarşısının alınmadığı üçün yaxınlıqdakı yaşayış yerləri üçün təhlükə yarandığı bildirilir. Bu səbəbdən həmin ərazilərdən sakinlərin təxliyəsi gözlənilir.

Bir nəfərin meşə yanğınları nəticəsində ölümünü təsdiqləyən qubernator daha öncə 12 min adamın təxliyə olunduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti