...

Pentaqon 800 milyon dollar ayırdı - NƏYƏ?

Dünya xəbərləri Materials 6 Avqust 2018 16:15 (UTC +04:00)
ABŞ-ın Müdafiə Nazirliyi pilotsuz sualtı dronların hazırlanması məqsədilə 800 milyon dollar həcmində müqavilələr imzalayıb
Pentaqon 800 milyon dollar ayırdı - NƏYƏ?

Bakı. Trend:

ABŞ-ın Müdafiə Nazirliyi pilotsuz sualtı dronların hazırlanması məqsədilə 800 milyon dollar dəyərində müqavilələr imzalayıb.

Trend-in məlumatına görə, sualtı aparatların hazırlanması üçün nəzərdə tutulan vəsait 23 müxtəlif şirkətə təqdim olunacaq.

Müqavilə çərçivəsində həmin şirkətlər dronların hazırlanması və texniki baxışı, avadanlıqların alınması və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, oktyabrın 1-i başlayacaq 2019-cu maliyyə ili üçün Pentaqon ABŞ hökumətindən pilotsuz sistemlərin inkişafı üçün 9,6 milyard dollar əldə olunması üçün müraciət edib. Bu rəqəm ötənilki göstəricidən 28 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti