...

“Oskar” mükafatında yeni nominasiya

Dünya xəbərləri Materials 9 Avqust 2018 04:05 (UTC +04:00)
ABŞ Kino Akademiyasının İdarə heyəti “ən yaxşı populyar kino” nominasiyasında “Oskar” mükafatı təqdim edilməsi barədə qərar qəbul edib
“Oskar” mükafatında yeni nominasiya

Bakı. Trend:

ABŞ Kino Akademiyasının İdarə heyəti “ən yaxşı populyar kino” nominasiyasında “Oskar” mükafatı təqdim edilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Kino Akademiyası rəhbərlərinin üzvlərə ünvanlanan məktubunda deyilir.

Onlar yeni nominasiyada seçim kriteriyalarını dəqiqləşdirməyiblər və bunun bir qədər sonra baş tutacağını bildiriblər.

Məktubda həmçinin qeyd olunur ki, “Oskar”ın elə də populyar olmayan nominasiyalar üzrə mükafatlandırma mərasimi TV ilə nümayiş olunmayacaq.

Həmçinin bildirilir ki, 92-ci mükafatlandırma mərasimi daha öncə müəyyən edildiyi kimi 2020-ci il fevralın 23-də deyil, fevralın 9-da baş tutacaq.

Eyni zamanda 2019-cu ilin mükafatlandırılma mərasiminin tarixində heç bir dəyişiklik edilməyib və tədbir fevralın 23-də Los-Ancelesdə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti