...

Misirdə terrorçunun kilsəyə hücumunun qarşısı alınıb

Dünya xəbərləri Materials 11 Avqust 2018 21:15 (UTC +04:00)

Bakı. Trend:

Misirin təhlükəsizlik qüvvələri Qahirə şəhəri yaxınlığında terrorçunun kilsəyə hücumunun qarşısını alıblar.

Trend-in məlumatına görə, 20-yə yaxın yaşı olan terrorçu-intiharçı kilsəyə daxil olub özünü partladmağı düşünürmüş.

"MENA" agentliyinin məlumatına əsasən, kilsənin qarşısında gücləndirlmiş təhlükəsizlik tədbirləri onu qorxudub və o, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmamaq üçün özünü vaxtından əvvəl partladıb. Partlayış nəticəsində xəsarət alan olmayıb, terrorçu isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti