...

Rusiyada avtobus yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 19 Avqust 2018 08:25 (UTC +04:00)
Rusiyanın Stavropol diyarında sərnişin avtobusu yük maşını ilə toqquşub
Rusiyada avtobus yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Stavropol diyarında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları yaxınlıqdakə xəstəxanalara çatdırıblar. Onlardan 8-i ağır və orta, 7-si isə yüngül xəsarətlər alıb.

Məlumata əsasən, avtobus Tbilisi-Krasnodar reysini həyata keçirirmiş.

Xəbər lenti

Xəbər lenti