...

Havay ştatında fövqəladə vəziyyət rejimi elan edilib

Dünya xəbərləri Materials 23 Avqust 2018 19:26 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Havay ştatında fövqəladə vəziyyət rejimi elan edib
Havay ştatında fövqəladə vəziyyət rejimi elan edilib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Havay ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in Ağ Evə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin elan olunmasına səbəb "Leyn" qasırğasının ştata yaxınlaşması olub.

Fövqəladə vəziyyət rejimi qasırğanın nəticələri ilə mübarizə üçün ştata federal yardım ayırmağa imkan verir. Bu səylərin əlaqələndirilməsi ilə Fövqəladə Hallar Federal Agentliyi məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti